Bakıda daha bir yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb
# 28 aprel 2014 09:36 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində “Baksol” yolu deyilən ərazidən Mehdiabad qəsəbəsinə gedən yola qədər olan hissədə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC rəsmisinin sözlərinə görə, yuxarıda qeyd olunan işlər gün ərzində başa çatacaq ki, bundan sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR