Ukrayna hökumətindəki mənbə: “Ukrayna və Rusiya prezidentləri arasında hər hansı sənəd imzalanmayıb”

Ukrayna hökumətindəki mənbə: “Ukrayna və Rusiya prezidentləri arasında hər hansı sənəd imzalanmayıb”
# 07 dekabr 2013 11:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə UNİAN agentliyinə Ukrayna hökumətindəki mənbə məlumat verib. O bildirib ki, Soçidə hansısa sənədin imzalanmasından söhbət gedə bilməz: “Dünən axşam heç nə imzalana bilməzdi. Bu, birmənalıdır. Ona görə ki, sənədlər imzalanmadan əvvəl müəyyən prosedurlardan keçməlidir. Belə prosedur isə həyata keçirilməyib”.

Xatırladaq ki, tanınmış britaniyalı jurnalist, “The Economist” jurnalının baş redaktoru Edvard Lukas Rusiya və Ukrayna prezidentlərinin dekabrın 6-da Soçidə keçirilən görüşündə Ukraynanın Gömrük İttifaqına qoşulması və bu ölkəyə maliyyə yardımının ayrılması ilə bağlı razılıq əldə edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR