Ombudsman BMT-nin Qadınlara qarşı  zorakılıq  üzrə xüsusi məruzəçisini qəbul edib

Ombudsman BMT-nin Qadınlara qarşı  zorakılıq  üzrə xüsusi məruzəçisini qəbul edib
# 28 noyabr 2013 14:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova BMT-nin Qadınlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi Raşida Mancunu qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ombudsman fəaliyyətində dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlarla, o cümlədən nüfuzlu beynəlxalq qurum olan BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa önəm verdiyini bildirib.

Xüsusi məruzəçi insan hüquqları sahəsində mühüm problemlərdən olan qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində ölkəmizdə aparılan işlərlə, habelə Müvəkkilin bu sahədə fəaliyyəti ilə maraqlanıb.

Müvəkkil qadına qarşı zorakılıq probleminə fərdi yanaşmanın, bu məsələnin səbəblərini araşdırmağın, aradan qaldırılması yollarını üzə çıxarmağın, ahıl qadınların, tənha anaların da hüquqlarının müdafiəsinin vacibliyini, yeniyetmə qızların erkən və qeyri-rəsmi nikahlarının yolverilməzliyinin, qadınların regionlarda fəallığının artırılmasının, habelə onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakının, vəzifələrə irəli çəkilməsinin, qadın sahibkarlığının genişləndirilməsinin, qadın hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini önə çəkib.

R. Mancu Müvəkkilin insan hüquqlarının, o cümlədən qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini və təcrübəsini yüksək dəyərləndirib, səmimi qəbul, faydalı təkliflər, fikir mübadiləsi və çoxsaylı suallarının cavablandırılmasına görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR