Azərbaycanda həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmayacaq şəxslər müəyyənləşir

Azərbaycanda həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmayacaq şəxslər müəyyənləşir
# 23 iyun 2014 12:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı sığorta müqavilələri bağlanmayacaq şəxslər müəyyənləşir.

APA-nın verdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları” layihəsinə əsasən, sığorta şirkətləri I və II qrup əlillər, narkoloji, psixonevroloji, vərəm, dəri-veneroloji dispanserlərdə uçotda olan şəxslərlə həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqavilələri bağlanmayacaq.

Onkoloji, xroniki ürək-damar və QİÇS xəstələri də həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqavilələri bağlanmayacaq əhali qrupuna daxil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR