Ermənistan XİN rəhbəri ATƏT sədri ilə Qarabağ nizamlanmasını müzakirə edib

Ermənistan XİN rəhbəri ATƏT sədri ilə Qarabağ nizamlanmasını müzakirə edib
# 07 mart 2014 08:40 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Ermənistan XİN rəhbəri İsveçrə prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burqhalterlə görüşüb.

Görüşdə E.Nalbandyan D.Burqhalterə Ermənistanın və ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar barədə məlumat verib. D.Burqhalter bu məsələdə Minsk qrupunun fəaliyyətini dəstəklədiyini bir daha təsdiqləyib.

Görüşdə həmçinin D.Burqhalterin bu ilin iyununda Ermənistana planlaşdırdığı səfərin hazırlığı ilə bağlı müzakirələr aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR