Qubada baş verən qəzada iki nəfər xəsarət alıb

Qubada baş verən qəzada iki nəfər xəsarət alıb
# 14 mart 2014 07:03 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunun Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 1949-cu il təvəllüdlü Aslanova Esmira Əmirqulu qızı və 1958-ci il təvəllüdlü Əzizov Kamal İsmayılxan oğlu xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

K. Əzizovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. E. Aslanova isə tibb müəssisəsinin cərrahiyə şöbəsində müalicə olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR