İranda 2 nəfər gizli şəkildə edam edilib

İranda 2 nəfər gizli şəkildə edam edilib
# 11 noyabr 2013 10:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 2 nəfər gizli şəkildə edam edilib. APA-nın məlumatına görə, məhbuslardan Yusif Tumac narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib. Ağqala şəhərindən olan məhbusun türkmən olduğu bildirilir. 12 və 13 yaşlarında iki övladının olduğu bildirilən mərhumun dəfn mərasiminin ciddi təhlükəsizlik tədbirləri altında keçirildiyi bildirilir.

Mazandaran vilayətinin sakini olan digər məhbusun ad və soyadı, həmçinin ittihamı isə bəlli deyil.

Hər iki məhbus noyabrın 5-də səhər saatlarında Qonbad Kavus şəhərinin mərkəzi həbsxanasında edam edilsə də, xəbər yenicə yayılıb. Edamla bağlı məhbusların ailələri məlumatlandırılmayıb, həmçinin bununla əlaqədar heç bir rəsmi mətbu orqan xəbər dərc etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR