Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər
# 09 iyul 2013 07:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hərbçiləri NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramı və fərdi əməkdaşlıq planları çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin nümayəndələri Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 9-dan 19-dək Southofen şəhərində Almaniyanın NBC Silahlarından Müdafiə Siyasəti üzrə baş zabitlər üçün çoxmillətli tanışlıq kursu, iyulun 16-dan 19-dək Bonn şəhərində Qüvvə Planlaşdırılması üzrə ekspert danışıqları, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 13-dən avqustun 6-dək İstanbulda Açıq Dəniz Təliminə qatılacaqlar.

İyulun 15-dən 19-dək Bakıda Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü-qiymətləndirmə təliminin yekun planlaşdırma konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR