Gürcü professorun “Mirzə Fətəli Axundov” monoqrafiyası çap olunub

Gürcü professorun “Mirzə Fətəli Axundov” monoqrafiyası çap olunub
# 02 iyun 2014 16:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Gürcüstanın əməkdar elm xadimi, professor Konstantine Paqavanın “Mirzə Fətəli Axundov” monoqrafiyası işıq üzü görüb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, monoqrafiya Tbilisidəki “İverioni” nəşriyyatında nəfis şəkildə Azərbaycan və gürcü dillərində çap olunub.

Monoqrafiyanı Azərbaycan dilinə tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu tərcümə edib. Kitabın redaktorları Quri Otobaya və Almaz Maşovdur.

Konstantine Paqava Mirzə Fətəli haqqında monoqrafiyası ilə yanaşı, “Nizami” və “Azərbaycan-gürcü mədəni əlaqələri” adlı elmi məqalələrin də müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR