Paskal Mönye: “Prezident Ollandın səfərində əsas məqsədlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməkdir”

Paskal Mönye: “Prezident Ollandın səfərində əsas məqsədlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməkdir”
# 04 aprel 2014 07:50 (UTC +04:00)

APA-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. O, prezident F. Ollandın Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyini xatırladıb: "Səfərin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməkdir. Bu münaqişənin həlli hər iki tərəf üçün böyük imkanlar açacaq. İkinci məqsəd isə onu göstərməkdir ki, bu region suveren bir regiondur, hansı ki, öz gələcəyini özü təyin edə bilər. Biz region ölkələri arasında sülhün, dostluğun olmasının tərəfdarıyıq".

Qeyd edək ki, F. Ollandın mayın 11-12-də Azərbaycana səfəri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR