Sumqayıtda minik avtomobili yanıb

Sumqayıtda minik avtomobili yanıb
# 25 mart 2014 02:11 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində yolun kənarında vətəndaşa məxsus "Opel" markalı minik avtomobilində yanğın baş verib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR