“DəmirBank” plastik kart sahiblərinə 3D Secure xidmətini təqdim edib

“DəmirBank” plastik kart sahiblərinə 3D Secure xidmətini təqdim edib
# 29 aprel 2014 11:30 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq məqsədilə plastik kart istifadəçilərinə yeni 3D Secure xidmətini təqdim edib.

Bankdan “APA-Economis”ə verilən məlumata görə, xidmət həm VISA, həm də MasterCard plastik kartlarına şamil olunur.

Bankın plastik kart sahibləri “MilliKart” prossesinq sisteminin internet saytında (http://millikart.az/index.php?option=com_content&view=article&id=87&Itemid=424&lang=aze) plastik kartın tələb olunan göstəricilərini (16 rəqəmli şifrə və etibarlıq müddəti) qeyd etməklə, qeydiyyatdan keçməlidir. 3D Secure şifrəsi müştəriyə SMS vasitəsilə göndərilir.

Bank MasterCard International (1998-ci ildən) və VISA İnternational (2005-ci ildən) beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bu kartlarla dünyanın 200-dək ölkəsində nağd pul çıxartmaq, ticarət-xidmət mərkəzlərində və internet şəbəkəsində nağdsız ödənişlər etmək mümkündür.

“DəmirBank” plastik kartlar üzrə bir sıra kampaniyalar və proqramlar təqdim edir – “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. Bank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR