Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 7% artıb

Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 7% artıb
# 26 sentyabr 2013 10:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-avqust aylarında informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 985 mln. manatlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə bu sahədə 7% artım qeydə alınıb.

Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,4% təşkil edib. Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,1%-i mobil telefon rabitəsindən yaranıb.

Qeyd edək ki, 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 9,2% artaraq 581,7 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR