Rusiya Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərarını ləğv edib - VİDEO

Rusiya Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərarını ləğv edib - <span style="color: red;">VİDEO
# 25 iyun 2014 11:23 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, qərarın lehinə 153, əleyhinə 1 senator səs verib.


Xatırladaq ki, V. Putin iyunun 24-də Federasiya Şurası qarşısında Ukraynaya ordu göndərilməsi barədə qərarın ləğvi barədə məsələ qaldırıb. Onun mətbuat katibi Dmitri Peskov bildirib ki, məqsəd Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması və yoluna qoyulmasıdır və bu addım tərəflər arasında danışıqların başlanması ilə əlaqədar atılıb.

Qeyd edək ki, bu il martın 1-də Rusiya Federasiya Şurası V. Putinin Ukraynaya qoşun yeridilməsi barədə təklifini yekdilliklə qəbul edib. Bundan sonra Rusiya Ukraynanın Krım Muxtar Respublikasının ilhaqını həyata keçirib.

Müşahidəçilər Moskvanın son addımının ABŞ və Avropa Birliyinin Rusiya iqtisadiyyatına sektoral sanksiyalar tətbiq etməsinə yol verməmək məqsədi daşıdığını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR