Ramiz Rzayev: “Ötən il Ali Məhkəmənin kollegiyalarında baxılmış işlərin sayı 2012-ci illə müqayisədə artıb” - FOTO

Ramiz Rzayev: “Ötən il Ali Məhkəmənin kollegiyalarında baxılmış işlərin sayı 2012-ci illə müqayisədə artıb” - <span style="color: red;">FOTO
# 24 yanvar 2014 07:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Ötən il Ali Məhkəmənin kollegiyalarında baxılmış işlərin sayı 2012-ci illə müqayisədə artıb”.

APA-nın məlumatına görə, Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında çıxış edən məhkəmənin sədri Ramiz Rzayev deyib.

R. Rzayev 2013-cü ildə prezident İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü deyib: “Hakimlərin və məhkəmə aparatı işçilərinin sayı artıb. Əvvəlki illərlə müqayisədə 2013-cü il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəldilib. Bir sıra rayonlarda yeni məhkəmə binaları tikilib istifadəyə verilib”.

R. Rzayev Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycanın məhkəmə sistemi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlib. 2013-cü ildə Ali Məhkəmədə baxılan işlərin sayı 12, 5 faiz artıb. Bununla əlaqədar olaraq ləğv olunan məhkəmə qərarlarının da sayında artım baş verib. Ali Məhkəməyə edilən müraciətlərdə də artım müşahidə edilib ki, bunu vətəndaşların məhkəmələrə olan inamının yüksəlməsi kimi qəbul etmək olar. Ali Məhkəmənin Plenumunun 2013-cü ildə 6 iclası keçirilib, 21 qərar çıxarılıb”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR