Türkiyədə beynəlxalq konfrans və sərgi keçiriləcək

Türkiyədə beynəlxalq konfrans və sərgi keçiriləcək
# 22 noyabr 2013 11:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyədə beynəlxalq konfrans və sərgi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, dekabrın 11-12-də İzmir şəhərində Türkiyənin İqtisadiyyat Nazirliyinin dəstəyi və Dünya Azad Zonalar Konvensiyasının (ICN-WFZC) təşkilatçılığı ilə beynəlxalq konfrans və sərgi keçiriləcək.

Tədbirdə neft-qaz, sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR