AMEA-da insan haqlarının səmərəli müdafiəsi mövzusunda I Beynəlxalq elmi konfrans keçirilir

AMEA-da insan haqlarının səmərəli müdafiəsi mövzusunda I Beynəlxalq elmi konfrans keçirilir
# 29 noyabr 2013 08:21 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “”Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” kontekstində insan haqlarının səmərəli müdafiəsi" mövzusunda I Beynəlxalq elmi konfrans işə başlayıb.

APA-nın məlumatına görə, konfrans Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin təşkilatçılığı ilə keçirilir.

İnstitutun direktoru, professor İlham Məmmədzadə konfransı açıq elan etdikdən sonra Melikşah Universiteti Hüquq fakültəsinin dekanı Murat Şen məruzə ilə çıxış edib.

Daha sonra Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev "Azərbaycan Respublikası Konfransda "Azərbaycan Respublikası vətəndaşlarının sahibkarlıq hüququ" mövzusunda məruzə edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə "İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsində Milli Məclisin rolu" mövzusunda məruzə edib.

"Osmanlı hüququnda insan haqları", "Fərdi hüququn qorunması və cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın bəzi məhdudiyyətləri" mövzusunda da məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans işini noyabrın 30-da Qafqaz Universitetində davam etdirəcək. Konfransın sonunda Türkiyə-Azərbaycan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasın təsis edilməsi, Beynəlxalq konfransın sonrakı tədbirlərini keçirmək üçün "İşçi Qrupu"nun yaradılması nəzərdə tutulub. Eyni zamanda III Beynəlxalq Bakı forumunun yekunları və konfransın Bəyannaməsi də elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR