Dövlət Feldyeger Xidməti haqqında Əsasnamə qüvvədən düşüb

Dövlət Feldyeger Xidməti haqqında Əsasnamə qüvvədən düşüb
# 28 yanvar 2014 07:13 (UTC +04:00)

“Radionaviqasiya” Şurası ləğv edilib

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı bəzi qərarlarını və onların struktur elementlərini ləğv edib.

APA-nın verdiyi məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Feldyeger Xidməti haqqında Əsasnamənin təsdiqi haqqında” 1992-ci il 30 aprel tarixli 238 nömrəli, "Azərbaycan Respublikası "Radionaviqasiya" Şurasının yaradılması haqqında" 1994-cü il 4 iyul tarixli 255 nömrəli qərarı ləğv edilib.

Qeyd edək ki, feldyeger xidməti mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə xidmətidir.

Azərbaycanda Dövlət Feldyeger Xidməti Nazirlər Kabinetinin nəzdində (daxilində) fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR