Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub
# 10 noyabr 2013 05:10 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda 5 mərtəbəli binanın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə baş verib. Nəticədə otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb və yüksək temperaturdan hamamda lambirdən ibarət tavan 4 kv.m sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR