Zakir Qaralov Şirvanda vətəndaşaları qəbul edəcək

Zakir Qaralov Şirvanda vətəndaşaları qəbul edəcək
# 02 dekabr 2013 08:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş prokuror Zakir Qaralov Şirvan şəhərində vətəndaşaları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul dekabrın 13-də saat 11:00-da Şirvan rayon Prokurorluğunun inzibati binasında olacaq. Qəbulda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR