Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə fəaliyyətini bərpa edib - VİDEO

Azərbaycanın Misirdəki səfirliyi tam tərkibdə fəaliyyətini bərpa edib - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2013 10:55 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Misirdəki səfirliyinin diplomatik heyətinin təxliyə olunmuş hissəsi Qahirəyə geri qayıdıb.

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev APA-ya bildirib ki, hazırda səfirlik ştat cədvəlində nəzərdə tutulduğu kimi, tam tərkibdə fəaliyyət göstərir.

Onun sözlərinə görə, hazırda Misirdə əsasən sakitlikdir, amma ölkədə tam siyasi sabitliyin əldə olunduğunu demək olmaz.

Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyinin diplomatik heyəti ölkədəki gərgin vəziyyətlə əlaqədar avqustun sonunda təxliyə olunub. O vaxtdan səfirlikdə iki diplomat çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR