Mingəçevirdə binaların liftlərini sökən şəxs tutulub

Mingəçevirdə binaların liftlərini sökən şəxs tutulub
# 01 yanvar 2014 19:34 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində yaşayış binalarının liftlərinin ehtiyat hissələrini söküb satan şəxs tutulub.

APA-nın məlumatına görə, şəhər sakinləri Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək çoxmərtəbəli yaşayış binalarında liftlərin metal ehtiyat hissələrinin və mühərriklərin naməlum şəxs tərəfindən oğurlandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı çoxmərtəbəli 6 binadan oğurluq edən Mingəçevir şəhər “Günəşli” bağ massivinin sakini, 1985-ci il təvəllüdlü Əkbərov Vasif Nizami oğlu şübhəli şəxs qismində saxlanılıb. O, oğurluq etdiyini etiraf edib və liftlərin hissələrini sökərək satdığını bildirib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR