Dövlət Gömrük Komitəsinin sədri iranlı həmkarını Azərbaycana səfərə dəvət edib

Dövlət Gömrük Komitəsinin sədri iranlı həmkarını Azərbaycana səfərə dəvət edib
# 26 dekabr 2013 10:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İran Gömrük İdarəsinin vilayətlər üzrə baş şöbəsinin rəhbəri Məhəmməd Hüseyn Bağ İnayətini qəbul edib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, gömrük sahəsində yaranan problemlərin həlli, vətəndaşların gediş-gəlişinin və nəqliyyatın hərəkətinin asanlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin beynəlxalq və regional əməkdaşlıq, gömrük qaydaları ilə daha çox tanış olmaları üçün işçilərə təlim kurslarının keçirilməsi, sərhəd-keçid məntəqələrində iş saatlarının artırılması məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Culfa, Biləsuvar və Astara Gömrük idarələri başçılarının intensiv görüşlərinin zəruriliyi qeyd olunub.

Bundan əlavə, M.İnayəti İran Gömrük İdarəsi sədrinin məktubunu azərbaycanlı həmkarına təqdim edib.

A.Əliyev İranla əlaqələrin genişləndirilməsindən razı qaldığını deyərək, iki ölkənin gömrük qurumları arasındakı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük işçiləri və məsul şəxslərlə iclas keçirərək iki ölkə arasında ticarətin asanlaşdırılması üçün lazımi addımların atılacağını bildirib.

Sonda DGK sədri iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR