II Bakı Beynəlxalq Kukla Biennalesində iştirak edəcək ölkələrin adı açıqlanıb

II Bakı Beynəlxalq Kukla Biennalesində iştirak edəcək ölkələrin adı açıqlanıb
# 04 noyabr 2013 09:21 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabrın 5-dən 10-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçiriləcək “FusionDoll” II Bakı Beynəlxalq Kukla Biennalesində iştirak edəcək ölkələrin adı açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, biennaledə Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxıstan və İsraildən olan kukla ustaları iştirak edəcək. Azərbaycanı biennaledə Lalə Kazımova, Liana Vəzirova, Elmira Abbaslı, Tamilla Qurbanova, Pərviz Hüseynov və İrina Qundorina, Fərəh Əliyeva və Nübar Şahbazova təmsil edəcəklər.

Nazirlikdən bildiriblər ki, biennalenin keçirilməsində məqsəd dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını Azərbaycanla uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.

Qeyd edək ki, “FusionDoll” Bakı Beynəlxalq Müəllif Kuklaları Biennalesi ilk dəfə 2011-ci ildə Bakıda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR