Daxili qoşun və xüsusi təyinatlılar Kiyevin Müstəqillik meydanına üç istiqamətdə hərəkətə keçiblər - YENİLƏNİB-4 - VİDEO

Daxili qoşun və xüsusi təyinatlılar Kiyevin Müstəqillik meydanına üç istiqamətdə hərəkətə keçiblər - <span style="color: red;">YENİLƏNİB-4  - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 02:37 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, heç bir tərəf sərt müqavimət göstərmir.

Bundan əvvəl Daxili Qoşunların hərbçiləri və xüsusi təyinatlılar meydanı əhatəyə alaraq barrikadaları uçurmağa başlayıb.

Müxalifətdən olan parlamentin deputatları aksiya iştirakçılarını asayiş keşikçilərinə qarşı güc tətbiq etməməyə, təxribatlara uymamağa və sakitliyi qorumağa çağırıb.

Məlumata görə, Müstəqillik meydanında yerləşən Həmkarlar İttifaqı Evinin yaxınlığında qurulan barrikadada başlanan yanğın etirazçılar tərəfindən qısa zamanda söndürülüb.

****05.17

Bakı-APA. Daxili Qoşunların və “Berkut” xüsusi təyinatlı polis dəstəsinin yüzlərlə əməkdaşı Kiyevin Müstəqillik meydanındakı müxalifət tərəfdarlarının müdafiəsini İnstitutski küçəsi istiqamətindən də yarmağa cəhd edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar hələlik barrikadaların ön cərgəsində xüsusi təyinatlıların həmləsini saxlaya bilir.

Məlumata görə, səs gücləndiricilərdən asayiş keşikçilərinə etirazçıların tərəfinə keçmək və onları qorumaq kimi çağırışlar səsləndirilir.

Qeyd edək ki, İnstitutski küçəsinin bir neçə yüz metr hissəsində hazırda çoxlu sayda milis avtobusları və avtomobilləri cəmləşib.

Bundan əvvəl Ukrayna DİN-in “Berkut” xüsusi təyinatlı polis dəstəsinin Kiyevin Müstəqillik meydanına Mixaylovski küçəsi istiqamətindən, Daxili Qoşunların isə Avropa meydanı istiqamətindən hərəkətə keçərək etirazçıları dövrəyə aldığı bildirilirdi.

****04.47

Bakı-APA. Ukrayna DİN-in “Berkut” xüsusi təyinatlı polis dəstəsi Kiyevin Müstəqillik meydanına həmçinin Mixaylovski küçəsi istiqamətindən də hərəkətə keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar hələlik “Berkut” xüsusi təyinatlı polis dəstəsinin əməkdaşlarını sıxışdırmağa çalışır. Müstəqillik meydanına cəlb olunmuş “Gepard” xüsusi təyinatlı polis dəstəsi isə hələlik hərəkətə keçməyib.

Bundan əvvəl Daxili qoşunların Kiyevin Müstəqillik meydanında qurulan barrikadalara Avropa meydanı istiqamətindən hərəkətə keçərək etirazçıları dövrəyə aldığı barədə məlumat verilmişdi.

****04.35

Bakı-APA. Daxili qoşunlar Kiyevin Müstəqillik meydanında qurulan barrikadalara Avropa meydanı istiqamətindən hərəkətə keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hərbçilər barrikadaları dağıdaraq çadırları sökürlər, etirazçılar isə heç bir müqavimət göstərmədən geri çəkilirlər.

Məlumata görə, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları Müstəqillik meydanı ətrafında qurulan barrikadaları sökərək xüsusi təyinatlıların irəliləməsi üçün yol açırlar.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin onlarla əməkdaşı ön barrikadalardakı taxta konstruksiyaları benzin mişarlarından istifadə etməklə kəsir. Onların arxasında isə “Gepard” və “Berkut” xüsusi təyinatlı polis dəstələrinin əməkdaşları dayanıb.

Ön barrikadanın qarşısında isə Arseniy Yatsenyuk və Vitali Kliçko daxil olmaqla müxalifətdən olan parlament deputatları əsas barrikadanın qarşısında cərgəyə düzülərək, xüsusi təyinatlılarla etirazçılar arasında canlı sədd qurublar.

Bundan əvvəl bildirilmişdi ki, Ukrayna DİN-in “Gepard” və “Berkut” xüsusi təyinatlı polis dəstələrinin yüzlərlə əməkdaşı Mixaylovski meydanı istiqamətindən Müstəqillik meydanına gəlib. Bundan sonra məhkəmə icraçısı paytaxtın mərkəzində aksiyaların qadağa olunması barədə məhkəmənin qərarını etirazçılara elan edib.

Ukrayna müxalifəti bundan öncə etiraz aksiyasının bir saat ərzində polis tərəfindən dağıdılacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR