Kaxa Kaladze: “Gürcüstan hər il “Şahdəniz-2” layihəsindən bir milyard kubmetr qaz alacaq”

Kaxa Kaladze: “Gürcüstan hər il “Şahdəniz-2” layihəsindən bir milyard kubmetr qaz alacaq”
# 21 fevral 2014 00:58 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu sözləri Gürcüstanın energetika və təbii sərvətlər naziri Kaxa Kaladze enerji üzrə Avropa komissarı Günter Ottinger ilə görüşündən sonra bildirib: "Şahdəniz -2" layihəsinin həyata keçirilməsi ilə bizim qaz boru kəmərinin (Cənubi Qafqaz Boru Kəməri) tutumunu 6 milyard kubmetr artırmaq imkanımız olacaq . Bu, vacibdir, çünki tranzit qazın beş faizi Gürcüstanda qalacaq, bu da təxminən 1 milyard kubmetr edir”, deyə nazir bildirib.

Kaxa Kaladze qeyd edib ki, iyunun sonunda Avropa bazarlarına qazın nəqliyyat marşrutu kimi Transadriatik (TAP) qaz kəməri üçün “Şahdəniz-2” Azərbaycan yatağı seçilib və “Şahdəniz-2” yatağı bu qaz boru kəməri üçün əsas mənbə olacaq. “İkinci mərhələdə əlavə 16 milyard qaz hasil etmək üçün “Şahdəniz-2” layihəsi çərçivəsində iki dəniz platforması tikiləcək və 20-dən çox quyu qazılacaq. Yatağın ikinci mərhələsi çərçivəsində qaz hasilatı ildə 24 milyard kubmetri ötəcək. “Şahdəniz-2” qaz yatağının ehtiyat qaz həcmi 1.2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir”, deyə o əlavə edib.

Xatırladaq ki, “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə bağlı müqavilə 1996-cı ilin iyunun 4-də imzalanıb. Müqavilə iştirakçəları olan şikətlərdən ARDNŞ (16,7%), Britaniya BP (28,8%), Norveç Statoil (15,5 %), İran NICO (10%), Fransız Total (10%), Rusiyan Lukoil (10%), Türkiyə TPAO (9%) layihəyə kapital qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR