Elnur Aslanov: “AŞPA müşahidəçilərinə qarşı səsləndirilən rüşvət ittihamları müxtəlif jurnalistlərin və media qurumlarının ortaya qoyduğu fikirlərdir”

Elnur Aslanov: “AŞPA müşahidəçilərinə qarşı səsləndirilən rüşvət ittihamları müxtəlif jurnalistlərin və media qurumlarının ortaya qoyduğu fikirlərdir”
# 07 noyabr 2013 08:07 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, bu ittihamlar üzərində ciddi müzakirələr aparmağa dəyməz: “Hər halda burada söhbət yalnız Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı verdiyi qiymətdən getmir. Həm AŞPA, həm Avropa Parlamenti Azərbaycanda keçirilmiş seçkilərə çox müsbət qiymət veriblər və seçkilərin ən yüksək səviyyədə, şəffaf və demokratik şəkildə keçirildiyini bəyan ediblər. Bu baxımdan hər hansı qəzetlərin və ya jurnalistlərin mülahizələri təbii ki, mülahizə səviyyəsində də qala bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR