Nazirlik universitet rektorunun vəzifəsindən istefa verməsi barədə xəbərlərə münasibət bildirib

Nazirlik universitet rektorunun vəzifəsindən istefa verməsi barədə xəbərlərə münasibət bildirib
# 09 dekabr 2013 14:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanovun vəzifəsindən istefa verməsi barədə xəbərlərə aydınlıq gətirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov işdən azad olunması ilə bağlı ərizə təqdim edib. Qanunvericiliyə əsasən, rektorların işə təyin və işdən azad olunması məsələləri Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərinə daxildir. İşdə olmayan ali məktəb rektorunun səlahiyyətləri müvəqqəti olaraq həmin təhsil müəssisəsinin prorektoruna həvalə edilir.

Qeyd edək ki, bu gün bəzi KİV-də yayılan xəbərə əsasən, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov vəzifəsindən istefa verməsi barədə ərizə yazıb. Onun istefa ərizəsi ilə bağlı qərarın bu gün təsdiq olunacağı bildirilib. Qəhrəmanov Nadir Fərrux oğlu ölkə prezidentinin 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan prezidentinin 04 oktyabr 2010-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR