NATO baş katibinin müavini: “Rusiya və NATO arasında hərbi münaqişə ehtimalı minimaldır”

NATO baş katibinin müavini: “Rusiya və NATO arasında hərbi münaqişə ehtimalı minimaldır”
# 24 mart 2014 22:34 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şimali Atlantika Alyansının baş katibinin müavini Aleksandr Verşbou bəyan edib.

Onun sözlərinə görə, təşkilata üzv olan heç bir ölkə birbaşa hərbi əməliyyatlar planlaşdırmır.

“Biz Ukrayna böhranının siyasi yollarla nizamlanmasının tərəfdarıyıq. Rusiya və Ukrayna arasında digər tərəflərin iştirakı ilə siyasi dialoqun yaradılmasına dair beynəlxalq səyləri dəstəkləyirik”, deyə NATO rəsmisi bildirib.

Bununla belə, Verşbou qeyd edib ki, Rusiyanın hərəkətləri vəziyyəti gərginləşdirir və o, ümidvar olduğunu bildirib ki, böhrandan irəli gələn ziyan cüzi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR