Gədəbəy rayon sakinini maşın vurub - VİDEO

 Gədəbəy rayon sakinini maşın vurub - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 15:22 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəy rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Gədəbəy Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Gərgər kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 26 yaşlı Hafiz Məmmədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə kənd ərazisində hərəkədə olarkən yolu keçmək istəyən həmyerlisi və qohumu olan 44 yaşlı Müsaməddin Nağıyevi vurub. Piyada ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, piyadanın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR