Azərbaycanın NATO ilə birgə əməliyyatlar üçün müəyyən etdiyi taborun briqada strukturuna keçidi gələn il yekunlaşacaq

Azərbaycanın NATO ilə birgə əməliyyatlar üçün müəyyən etdiyi taborun briqada strukturuna keçidi gələn il yekunlaşacaq
# 08 noyabr 2013 09:58 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Cari ilin oktyabr ayında taborun özünüqiymətləndirmə təlimi keçirilib. Təlimdə tabor yüksək hazırlıq səviyyəsini nümayiş etdirib. 2014-cü ilin may ayında NATO ekspertləri tərəfindən taborun ikinci səviyyəli özünü qiymətləndirilməsi keçiriləcək. 2014-cü ilin sonuna qədər taborun briqadaya çevrilməsinə hazırlıq işləri başa çatdırılacaq.

Yeni briqadanın tərkibinə Silahlı Qüvvələrin sülhməramlı taborunun da daxil edilməsi planlaşdırılır.

OCC briqadası NATO qüvvələri ilə birgə əməliyyatlar aparmaq üçün Alyansa üzv ölkələrin sahib olduğu müasir rabitə vasitələri, avadanlıqlar, habelə silah və hərbi texnika ilə təchiz olunacaq.

Qeyd edək ki, Azərbaycan NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə əvvəlcə bölük səviyyəsində qüvvə ayırıb. 2010-cu ilin avqust ayından isə bu tabor səviyyəsinə çatdırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR