İranın sabiq vitse-prezidentinin həbsi barədə xəbərlər yayılıb - FOTO

İranın sabiq vitse-prezidentinin həbsi barədə xəbərlər yayılıb - <span style="color: red;">FOTO
# 31 avqust 2013 09:09 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın eks-prezidenti Mahmud Əhmədinejadın dövründə birinci vitse-prezident vəzifəsini icra etmiş şəxsin həbs olunması ilə bağlı xəbərlər yayılıb. APA-nın Almaniyanın “Deustch Welle” teleradiosunun fars redaksiyasına istinadən məlumatına görə, İranın bəzi kütləvi informasiya vasitələri Məhəmmədrza Rəhiminin ölkənin sığorta şirkətindəki korrupsiya və fırıldaqçılıq faktlarının araşdırılması məqsədilə açılmış işə görə tutulduğu və ya prokurorluqda dindirildiyini yazıblar. Hətta İran parlamentinin qatı mühafizəkar deputatlarından biri olan Əli Mütəhhəri xəbəri təsdiqləyərək, ölkənin sabiq birinci vitse-prezidentinin həbs edilməsi ilə bağlı məlumatı eşitdiyini bildirib. Ölkə mətbuatı hazırda istintaq prosesi getdiyindən bu işlə bağlı olan bütün şəxsləri ortaya çıxara və hələlik hüquqi detallar barədə məlumat əldə edə bilmir. İran parlamentinin bəzi qatı mühafizəkar deputatları, o cümlədən İlyas Naderan, Əhməd Təvəküli və Əli Mütəhhəri sabiq vitse prezidenti “Fatimə dairəsi”nin rəhbəri adlandırıb və onun məhkəməsinin təxirə salınmasını tənqid ediblər. Ancaq M. Rəhiminin həbs edilməsi və ya dindirilməsi xəbəri hələlik rəsmi şəkildə təsdiqlənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR