675 Qarabağ müharibəsi və 20 Yanvar əlili dövlət tərəfindən avtomobillə təmin ediləcək

675 Qarabağ müharibəsi və 20 Yanvar əlili dövlət tərəfindən avtomobillə təmin ediləcək
# 04 aprel 2014 13:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “May ayının sonlarınadək 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar hadisəsi zamanı əlil olmuş şəxslər dövlət tərəfindən avtomobillə təmin ediləcək”.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

O bildirib ki, prezidentin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat vəsait ayrılıb: "2014-cü ilin sonuna qədər 873 nəfər Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan bütün əlillər hamısına avtomobil veriləcək. Bu ilin yanvar ayının 1-nə qədər dövlət tərəfindən 3906 nəfər belə təbəqədən olan insanlar nəqliyyat vasitələri verilib. Bu işlər davam etdiriləcək. Onu da xatırladım ki, nəqliyyat vasitələri yalnız növbəyə duran və tibbi göstərişi olan şəxslərə aiddir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR