Bakı sakini intihar edib

Bakı sakini intihar edib
# 17 may 2013 07:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun İ. Məmmədov küçəsi-7 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1984-cü il təvəllüdlü Vüqar Əkbər oğlu Ağayev yaşadığı evin həyətində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR