Azərbaycanda xəta törədən sürücünü gizlədən hüquqi şəxslər cəzalandırılacaq

Azərbaycanda xəta törədən sürücünü gizlədən hüquqi şəxslər cəzalandırılacaq
# 24 aprel 2014 11:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda xəta törədən nəqliyyat vasitəsinin istifadəçisinin barəsində məlumatların gizlədilməsi məsuliyyət yaradacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 158-2 maddəsi əlavə olunur.

Yeni maddəyə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs 300 manat miqdarında cərimə olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR