Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndə heyəti Azərbaycana gəlib
# 11 iyul 2013 07:33 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndə heyəti Bakıya gəlib. APA-nın məlumatına görə, nümayəndə heyətində Türkiyənin müdafiə sənayesində fəaliyyət göstərən bir sıra firmaların əməkdaşları da təmsil olunur.

Bakıda keçiriləcək görüşlərdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, yaxın vaxtlarda Azərbaycan və Türkiyə müdafiə sənayesi bir neçə birgə layihəyə başlamağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR