Azərbaycan parlamenti bank kreditləri üzrə faizlərin aşağı salınması məsələsini müzakirə edəcək

Azərbaycan parlamenti bank kreditləri üzrə faizlərin aşağı salınması məsələsini müzakirə edəcək
# 02 oktyabr 2013 13:50 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bəyan edib.


Onun fikrincə, ümumilikdə, ölkənin maliyyə bazarında kreditlərə çıxış imkanları asanlaşdırılmalıdır, mövcud problemlər, o cümlədən girovlarla bağlı olan problemlər həll edilməlidir. Bundan əlavə Z.Səmədzadə hesab edir ki, kommersiya banklarının xərclər strukturu diqqətlə təhlil olunmalıdır ki, bankların mənfəətliliyi artsın.


Z.Səmədzadə bildirib ki, bu yaxınlarda parlamentdə 2014-cü il üçün büdcə zərfi ilə bağlı aparılacaq müzakirələr çərçivəsində faiz dərəcələri məsələsi ətrafında da müzakirələrin aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR