Xaçmazda Regional Ədliyyə Şöbəsinin açılışı olub - FOTO - VİDEO

Xaçmazda Regional Ədliyyə Şöbəsinin açılışı olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 noyabr 2013 13:07 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz Regional Ədliyyə Şöbəsinin açılış mərasimi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə bildirilib ki, 1 000 kv. metr sahəsi olan və inşasına 2012-ci ildən başlanılan inzibati binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, şəffaf xidmətin təmin edilməsi məqsədilə ən son rabitə və informasiya texnologiyaları tətbiq edilib.

Sonra nazir F.Məmmədov çıxış edərək ölkədə aparılan məhkəmə-hüquq islahatlarından və bu islahatlar nəticəsində qazanılan nəticələrdən danışıb. Ən müasir standartlara uyğun inşa edilmiş yeni məhkəmə binasında vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün tövsiyələrini verib.

Açılış mərasimindən sonra nazir vətəndaşları qəbul edib. Qəbul zamanı F.Məmmədov ədliyyə orqanları, məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün qəbulda iştirak edən Ədliyyə Nazirliyinin aidiyyəti məsul şəxslərinə tapşırıqlar verib.

Qəbul zamanı vətəndaşları narahat edən məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlərin isə hərtərəfli araşdırılaraq konkret tədbirlər görüləcəyi bildirilib.

Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR