«Anonymous» haker qrupu «Azərenerji»nin saytına hücum edib

«Anonymous» haker qrupu «Azərenerji»nin saytına hücum edib
# 04 sentyabr 2013 10:40 (UTC +04:00)

«APA-Economics»in haker təşkilatının rəsmi saytında istinadən verdiyi məlumata görə, bu hücum nəticəsində «Azərenerji»nin 80-dək rəsmi sənədi, o cümlədən maliyyə hesabatları və digər məxfi sənədlər geniş ictimaiyyət üçün açıqlanıb. Oğurlanan sənədlərin ümumi həcmi isə 7 Qb təşkil edir.

«Azərenerji» ASC-dən «APA-Economics»ə bildirilib ki, hazırda qurumun saytının fəaliyyətində heç bir problem yoxdur: «Ancaq hər halda cəmiyyət bir daha yoxlamalar və araşdırmalar aparır. Hər hansı problem olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək».

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə «APA-Economics»ə açıqlamasında qeyd edib ki, hər bir internet saytıını yaradan şirkət, onun təhlükəsizliyini də təmin etməlidir: «Həmin şirkət buna cavabdeh olmalıdır. Bu cür hücumlar bütün dünyada baş verir».

M.Əmirov bildirib ki, Nazirliyə bu hücumla bağlı məlumat daxil olmayıb: «Nazirlik tərəfindən bu cür hallara qarşı mübarizə aparılır».

Xatırladaq ki, sentyabrın 1-də «Anonymous» qrupu Rusiyanın «RİA Novosti» informasiya agentliyinin məlumat bazasına hücum edib. Burada haker qrupunun üzvləri bir sıra jurnalist araşdırmalarının üstünü açıblar. Bu yazılarda isə «Ukrspetseksport», Antonov adına Aviasiya Konstruksiya Bürosu, NATO və Ukrayna Xarici İşlər Nazirliyinə aid materiallar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR