Azərbaycan XII Avrasiya Media Forumunda iştirak edəcək

Azərbaycan XII Avrasiya Media Forumunda iştirak edəcək
# 22 aprel 2014 13:57 (UTC +04:00)

Bakı - APA. Aprelin 24-25-də Astana (Qazaxıstan) şəhərində XII Avrasiya Media Forumu keçiriləcək.

APA-nın Forumun Təşkilat Komitəsinə istinadən məlumatına görə, tədbir Qazaxıstan paytaxtındakı Müstəqillik Sarayında baş tutacaq.

Forumda müasir dünyanın bir sıra aktual məsələləri, o cümlədən yeni dünya düzəni, dünyanın yenidən bölüşdürülməsi və dünya müharibəsi təhlükəsi, Ukraynada ambisiyaların toqquşması və Krım böhranı, Yaxın Şərqdəki vəziyyət və Krım böhranı, İranın nüvə proqramı, Avrasiya inteqrasiyası kimi məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, ötən il keçirilən Avrasiya Media Forumunda dünyanın 46 ölkəsindən 600 nümayəndə iştirak edib.

Qeyd edək ki, Azərbaycanı forumda “Japan Tobacco İnternational” şirkətinin təşkilati dəstəyi ilə APA və “AzərTAc” İnformasiya Agentlikləri təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR