Bakıda "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi" mövzusunda dəyirmi masa keçirilib - FOTO

Bakıda "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi" mövzusunda dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 01 noyabr 2013 10:37 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyirmi masada 28 ölkədən 74 nümayəndə - məşhur siyasətçilər, alimlər, yaradıcı ziyalılar və digər şəxslər iştirak edirlər.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov elmi innovasiyaların təhsil mühitinə transferi haqqında məruzəsində bildirib ki, elmi innovasiyalar və onların təhsil mühitinə transferi qloballaşma şəraitində cəmiyyətin inkişafının əsas amillərindən biridir: "Cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri arasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və.s elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz".

Akademik bildirib ki, bu gün elmi innovasiyaların təhsil mühitinə transferi 3 istiqamətdən ibarətdir: "Bu istiqamətlər "Elmi innovasiyalara əsaslanan prioritet elmi istiqamətlər əsasında tədrisin təşkili", "Təhsil alanların elmi nailiyyətlərə yiyələnməsi" və təhsil sisteminin maddi texniki bazasının gücləndirilməsi"ndən ibarətdir.

A.Məhərrəmov məruzəsində qeyd edib ki, əgər bəşəriyyətin inkişafının zirvə nöqtəsini vətəndaş cəmiyyətinin qurulmasında görürüksə, buna yalnız elmi uğurları tətbiq etməklə, elm-təhsil əlaqələrinin möhkəmləndirilməsi yolu ilə insanların intellektual səviyyəsini yüksəltməklə nail olmaq olar.

Daha sonra dəyirmi masa iştirakçıların məruzələri ilə davam edib və tədbirin sonunda bəyannamə qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR