İran xarici işlər naziri: “Fələstinin gələcəyi ancaq fələstinlilər tərəfindən müəyyən olunmalıdır”

İran xarici işlər naziri: “Fələstinin gələcəyi ancaq fələstinlilər tərəfindən müəyyən olunmalıdır”
# 29 yanvar 2014 13:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “İran imkan verməz ki, İsrail dünya ictimaiyyətinin diqqətini Fələstinə qarşı etdiyi cinayətlərdən yayındırsın”.

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Fələstinin “FƏTH” partiyasının Mərkəzi Komitəsinin üzvü Cibril Racub ilə görüşdə deyib.

M.C.Zərif bildirib ki, İran rəsmiləri Fələstin məsələsini diqqətində saxlayır: “İsrailin Fələstin torpaqlarını işğalı fələstinlilərin əsas hüquqlarını pozur. Son illər sionist rejimi İranın nüvə proqramını bəhanə gətirərək, dünya ictimaiyyətin diqqətini Fələstində törətdiyi cinayətlərdən yayındırmaq çalışırdı. Biz əminik ki, Fələstinin gələcəyi ancaq fələstinlilər tərəfindən müəyyən olunmalıdır”.

C.Racub isə öz növbəsində bildirib ki, “FƏTH” paytaxtı Qüds olan müstəqil Fələstin dövləti yaradılana qədər İsrailə qarşı mübarizəni dayandırmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR