Bakıda məcburi köçkünün evi yanıb

Bakıda məcburi köçkünün evi yanıb
# 14 yanvar 2014 09:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda məcburi köçkünə məxsus ev yanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal-1 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən Zəngilan rayonundan məcburi köçkün Pakizə Həsənova məxsus evin 30 kv. m sahəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb və xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR