Bakıda “Şərq Nağılı” Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı keçirilir - VİDEO - FOTOSESSİYA

Bakıda “Şərq Nağılı” Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 11 sentyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda “Şərq Nağılı” Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı başlayıb. APA-nın xəbərinə görə, sentyabrın 13-dək davam edəcək festival Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirilib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi gənclər, xüsusilə əlil gənclərə xüsusi diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, gənc alimlərin mədəni həyatda iştirakı, onların asudə vaxtının təşkili məqsədilə daimi olaraq layihələr həyata keçirilir, əlil gənclərin iştirakı ilə düşərgələr təşkil olunur. Nazir müavini qeyd edib ki, Bakıda keçirilən festivalda da 7 ölkədən 150-dən artıq əlil gənc iştirak edir: “Festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrdən olan gənclər arasında ünsiyyət meydançasını yaradılmasından ibarətdir. Festival çərçivəsində bu gənclər üçün bir növ bayram təşkil edilir və onların istedadlarının üzə çıxarılması üzrə işlər görülür”.

Qeyd edək ki, festival çərçivəsində Milli Məclisdə Azərbaycanda əlil gənclərin problemlərinin həllinə həsr olunan dəyirmi masa təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR