Azərbaycanda əlillər üçün xüsusi nəqliyyat vasitələrinin Almaniyada hazırlanması nəzərdə tutulub - FOTO

Azərbaycanda əlillər üçün xüsusi nəqliyyat vasitələrinin Almaniyada hazırlanması nəzərdə tutulub - <span style="color: red;">FOTO
# 27 fevral 2014 12:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Haydrun Tempel arasında tanışlıq görüşü keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə S.Müslümov «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əmək və sosial müdafiə sahəsində qarşıda duran məqsədlər barədə səfiri məlumatlandırıb.

Nazirliyin fəaliyyətinin demək olar ki, əksər sahələrində Almaniyanın müvafiq dövlət orqanı ilə əməkdaşlıq həyata keçirildiyini bildirən S.Müslümov xüsusən pensiya islahatları, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, sosial tərəfdaşlığın möhkəmləndirilməsi və digər sahələrdə həyata keçirilən əməkdaşlığın, Əməyin Mühafizəsi və Sağlamlığı üzrə Drezden Akademiyası ilə yaradılmış işgüzar əlaqələrin və s. ölkəmizdə aidiyyəti üzrə islahatların aparılmasında mühüm önəm kəsb etdiyini vurğulayıb.

Nazir əlillik müayinələrinin aparılması və tibbi-sosial reabilitasiya sahələrində Almaniya təcrübəsinin öyrənilməsinin, Azərbaycandan olan əlillərin xaricdə bərpa müalicəsi işinin bir sıra ölkələr kimi, Almaniyada da həyata keçirilməsinin, əlil arabasında olan əlillər üçün Almaniyada xüsusi nəqliyyat vasitələri hazırlanmasının qarşıdakı dövrdə iki ölkə arasında əməkdaşlıq sahələri kimi önəmli ola biləcəyini diqqətə çatdırıb.

H.Tempel isə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin, eyni zamanda əmək və sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsini təmin etmək məqsədi ilə səy göstərəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR