Prezident İlham Əliyev Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqanı qəbul edib - FOTO

Prezident İlham Əliyev Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqanı qəbul edib - <span style="color: red;">FOTO
# 26 aprel 2014 10:44 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının keçmiş prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul edib. APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Söhbət zamanı əməkdaşlığın daha da inkişaf etdirilməsində Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətli olacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR