Azərbaycan “Eurovision 2013” mahnı müsabiqəsinin finalındadır - FOTOSESSİYA

Azərbaycan “Eurovision 2013” mahnı müsabiqəsinin finalındadır - <span style="color: red;">FOTOSESSİYA
# 16 may 2013 22:58 (UTC +04:00)

Malmö. Ülkər Qasımova – APA. Azərbaycan İsveçin Malmö şəhərində “Malmö Arena”da bu gün baş tutan II yarımfinal mərhələsindən finala vəsiqə qazanıb. APA-nın İsveçə ezam olunan müxbirinin verdiyi məlumata görə, bu gün 17 ölkə təmsilçisi arasında 4-cü olaraq səhnəyə çıxan Fərid Məmmədov öz çıxışı ilə həm zala toplaşmış 15 min tamaşaçını, həm də mətbuat mərkəzindəki yüzlərlə media nümayəndəsinin diqqətini özünə cəlb edib. Çox maraqlı və yaddaqalan çıxışı ilə o mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan təmsilçisini səhnədə özünə bənzəyən rəqqas və qırmızı geyimdə rəqqasə müşayiət edib. Fərid ifası ilə yanaşı, həm də rəqsi və plastikası ilə yadda qalıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsi mayın 18-də eyni məkanda baş tutacaq. Azərbaycan da 26 ölkə arasında qalibiyyət üçün çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR