Hilal Məmmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb

Hilal Məmmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb
# 17 dekabr 2013 09:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın məlumatına görə, növbəti məhkəmə prosesi dekabrın 25-nə təyin edilib.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR