«Bolkart» sahibləri üçün yeni hədiyyə kampaniyası keçirilir

«Bolkart» sahibləri üçün yeni hədiyyə kampaniyası keçirilir
# 18 mart 2014 07:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Bank of Baku» ASC Novruz Bayramı ilə əlaqədar «Bolkart» sahibləri üçün «+ 3 ay hədiyyə» kampaniyası keçirir. Martın 19-26-da «Bolkart» sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini əlavə 3 aylıq ödəmə imkanı qazanacaqlar.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Bolkart» sahibləri 3 aylıq ödəməni 6 aya, 6 aylıq ödəməni 9 aya, 12 aylıq ödəməni isə 15 aya həyata keçirə bilər. Bu kampaniya yalnız «1 aya ödə» tərəfdaşlarında keçərli deyil.

«Bolkart»ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı ilə burada www.bolkart.az/?/az/stores/ tanış olmaq mümkündür.

Bu gün artıq 200 mindən çox Azərbaycan vətəndaşı «Bolkart»dan gündəlik istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR