WTI markalı neftin ucuzlaşması davam edir

WTI markalı neftin ucuzlaşması davam edir
# 25 sentyabr 2013 06:19 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,46 dollar və ya 0,5% azalaraq 1 barelə görə 103,13 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 24-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,48 dollar və ya 0,4% artaraq 108,64 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR